Dünyanın ən güclü orduları - SİYAHI

  • By admin
  • 01 Sentyabr 2017 09:50

iran-ordusu

“Global Firepower” jurnalı müxtəlif meyarlara əsaslanaraq, dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, 133 ölkənin yer aldığı siyahıda Rusiya və Türkiyə silahlı qüvvələri ilk onluqda yer alıb.

Rus ordusu ABŞ-dan sonra ikinci, Türkiyə isə 8-ci sırada qərarlaşıb.

 Çin 3-cü, Hindistan, Fransa, İngiltərə və Yaponiya isə ardıcıl olaraq 4, 5, 6 və 7-ci pillədə yer alıblar.

Türk ordusu gücünə görə Almaniya, Misir, İtaliya və Cənubi Koreyanı geridə qoyub.

Gununsesi.info