Dünyanın ən güclü orduları: Azərbaycan neçənci yerdədir? - SİYAHI

  • By admin
  • 05 Oktyabr 2016 12:55

azerbaycan
Nüfuzlu “Global Firepower” hərbi statistika saytı dünya ölkələri ordularının yeni reytinq cədvəlini açıqlayıb.
Gununsesi.info “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, siyahıya 126 ölkənin adı daxil edilib.
Siyahıda Azərbaycan ordusu 60-cı pillədə qərarlaşıb. Ordumuz Ermənistan ordusunu 34 pillə qabaqlayır. Azərbayacanın qabaqladığı ölkələr arasında Türkmənistan Gürcüstan və Serbiya da var.
Reytinq siyahısında ilk üçlükdə isə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb. Onları Hindistan və Böyük Britaniya izləyib. Türkiyə isə siyahıda 8-ci sırada özünə yer tapıb.
Qeyd edək ki, “Global Firepower” təşkilatı orduların gücünə görə, reytinq müəyyən edilərkən nüvə potensialı, coğrafi amillər, təbii resurslardan asılılıq, hərbi dəniz qüvvələrinin olması kimi detallara diqqət yetirir.

Anar
Gununsesi.info