

Bu dəfə də Çin turistləri heyrətləndirməyi bacardı.
Gununsesi. info “China News Servise” –yə istinadən xəbər verir ki, Çinin Xunan əyalətindəki Çjançzyançze Milli Parkındakı “Avatar” filminin çəkildiyi dağlarda uzunluğu 430, eni 6 metr, hündürlüyü 300 metr olan, dünyanın ən uzun və hündür şüşə piyada körpüsü istifadəyə verildi.
Şüşə döşəmə 99 üçlaylı panel şüşələrdən ibarətdir. Körpünun tikintisi 3,4 milyon dollara başa gəlib. Körpüdən keçid üçün biletin qiyməti təqribən 20 dollardır.
Açılış zamanı insrtuktorlar ilk olaraq şüşə döşəməni kuvaldla sınayıblar. Belə ki, onlar körpünün döşəməsinin möhkəmliyini gələn turistlərə göstərmək üçün şüşə döşəməyə kuvaldla zərbələr endiriblər.


Gununsesi.info