
Dünya ölkələrinin içərisində elələri var ki, onların heç biri rəsmi dövlət kimi tanınmır. Bunun səbəbi onların çox kiçik olmasıdır. Lakin bu mikro-dövlətlərin hər birinin öz pul vahidi, qanunları və pasportları var.
Gununsesi.info onlardan bir neçəsini təqdim edir.
Akzivland
1971-ci ildə buldozerlər İsrailin şimalındakı evi yıxdığı zaman evin sahibi Eli Avivi özünü vaxtında çatdırmış və bunun qarşılığında etiraz əlaməti olaraq özünə kiçik dövlət qurmuşdur. Akzivland adlandırdığı bu ölkə hazırda kiçik düşərgə və bir muzeyi ilə turistlərin diqqətini çəkməkdədir.
Zaqistan Respublikası
Nyu-Yorklu sənətçi Zaq Landsberq 11 il əvvəl Utahda bir ərazini satın almış və Zaqistan Respublikasını yaratmış və ABŞ-dan asılı olmadığını elan etmişdir. Bu cırtdan dövlətin boş ərazilərini robot növbətçilər qoruyur. Turistlər “ölkə”yə daxil olmaq üçün sıraya düzülüb öz növbəsini gözləməlidir.
Sealand Krallığı
Möhtəşəm okean mənzərəsinə sahib bu mikro-dövlət iki tennis meydançası böyüklüyündədir. Peddi Beyts və ailəsi İkinci Dünya Müharibəsi zamanı istifadə olunan bir qalanı işğal etmiş və buranı müstəqil dövlət elan etmişdir. Fransa və İngiltərə arasında yerləşən, həmçinin, heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan Sealand Krallığının öz bayrağı və pul vahidi var. Krallıq Şahzadə Maykl tərəfindən idarə olunur.
Molassiya Respublikası
Müstəqilliyi tanınmayan kiçik dövlətlərdən biri də Nevadakı Molassiyadır. Başçısı Kevin Bau olan dövlət bu il yaranmasının 40-cı il dönümünü qeyd edib. Molassiya bəzi mikro-dövlətlərin müstəqilliyini tanıyır. Hətta Kaliforniyada “kolonya”ları da var. Bu “dövlət” 2009-cu ildə sellofan paketlərdən istifadəni qadağan edib.
Uzupis Respublikası
1997-ci ildə sənətçilər tərəfindən Litvanın paytaxtı Vilnüs şəhərinə yaxın ərazidə qurulan Uzupis Respublikasının da özünəməxsus bayrağı, himni, pul vahidi, başçısı, hətta qanunları var. Qanunlar olduqca maraqlıdır: “hər kəsin bənzərsiz olma haqqı var”, yaxud “hər kəsin bədbəxt olma haqqı var” və s.
Nigar
Gununsesi.info