Dünyanın ən kök qadınının bacısı həkimləri ittiham edir - "O HƏLƏ DƏ DANIŞA VƏ HƏRƏKƏT EDƏ BİLMİR"

  • By admin
  • 25 Aprel 2017 21:29

en kok qadin

Əməliyyatdan sonra çəkisinin yarısını itirdiyi deyilən dünyanın ən ağır qadını sayılan misirli Eman Abd əl-Ati-nin bacısı həkimləri yalan danışmaqda ittiham edir.

Gununsesi.info-nun verdiyi xəbərə görə, onun bacısı Şaimaa Selim BBC-ə bildirib ki, bacısının vəziyyəti əməliyyatdan sonra qeyri-stabildir, o hələ də danışa və hərəkət edə bilmir və xəstəxananın dediyi qədər çəki itirməyib.

Xəstəxana bu iddiaları rədd edib və bildirib ki, Eman Abd əl-Ati bazar ertəsi ölçülüb və o, 172 kiloqram olub.

Eman Abd əl-Ati 11 yaşında keçirdiyi beyin qanamasına görə qismən iflic olub və tutmalardan əziyyət çəkib. Daha sonra çəki yığan qadının son kilosu 500 kiloqram olub.

Hindistandakı klinikada bariatrik əməliyyat iki ay əvvəl keçirilib. Lakin onun nəticələri barədə məlumat yalnız indi açıqlanır.

Bariatrik cərrahiyyə çəkinin tənzimlənməsi və piylənməyə qarşı həyata keçirilir. Eman Abd əl-Ati əməliyyatdan sonra müalicə kursunu davam etdirir. Cərrah Muzzafala Lakdavala əl-Atinin hələ ki, danışmağa çətinlik çəkdiyini deyir. Qadının qohumlarına əsasən uşaqlıqda insult keçirdikdən sonra yatağda qalan Eman Abd əl-Ati son 25 il ərzində evini tərk etməyib.

Gununsesi.info