Dünyanın ən kök uşağı əməliyyat edilməsə öləcək.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İndoneziyanın paytaxtı Cakartada yaşayan Arya Permanın 11 yaşı olmasına baxmayaraq, çəkisi 190.5 kiloqramdır.
Belə ki, həkimlər A.Permanın tezliklə əməliyyat olunmasa öləcəyi barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, A.Permanın anası uşağının məşhur olduğuna görə, özünü xoşbəxt sayır. Nəhəng uşağın duş qəbul etməsinə – evlərinin önündəki hovuzda anası köməkçi olur.
Anar
Gununsesi.info