
Dünyada cəmi 6 nümunəsi olduğu təxmin edilən ‘dimdiyi balina’ Yeni Zelandiyanın Otaqo bölgəsində sahilə çıxıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmalarda sahilə çıxan balinanın ‘avar dişli dimdikli balina’ olduğu və bu növ haqqında çox az məlumatın olduğu bildirilib.
DOC dəniz məməliləri mütəxəssisləri ilə aparılan araşdırmalar və məsləhətləşmələr nəticəsində bu canlının erkək avar dişli balina olduğu anlaşılıb.
DOC Sahil Otaqo Əməliyyatlar Meneceri Gabe Daviesin fikrincə kürək dişli balinalar müasir dövrün ən az tanınan böyük məməli növlərindən biridir: “1800-cü illərdən bəri dünyada yalnız altı nümunə sənədləşdirilib və onlardan biri istisna olmaqla, hamısı Yeni Zelandiyadandır”.
DOC, genetik nümunələr vasitəsilə növlərin müəyyən edilməsi prosesinin bir neçə həftə və ya bir aya qədər çəkə biləcəyini deyib:”Genetik nümunələr Yeni Zelandiya Cetacean Toxuma Arxivinin kuratorları olaraq Oklend Universitetinə göndərilib”.
Bildirilir ki, DNT-nin işlənməsi və son növ identifikasiyasının təsdiqlənməsi bir neçə həftə və ya ay çəkə bilər.
Bu növ ilk dəfə 1874-cü ildə Rekohudakı (Çatham adaları) Pitt adasından toplanmış yalnız bir alt çənə və iki dişdən təsvir edilmişdir.
Növbəti addımlar atılana qədər qalıqları qorumaq üçün balina hazırda soyuducu anbarda saxlanılır.
Gununsesi.info