Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

20 Noyabr 2017 - 21:32

Dünyanın ən qəddar qatili öldü- DƏHŞƏTLİ CİNAYƏT FAKTLARI

O, yaratdığı və 1969-cu ildə bir sıra qəddar qətllər törətmiş kommunasının işi ilə bağlı ömürlük həbs cəzası almışdı.

Gununsesi.info xəbər verir ki, o, ABŞ-ın Kaliforniya ştatındakı Korkoran dövlət həbsxanasında (Corcoran State Prison) cəza çəkən 83 yaşlı amerikalı Çarlz Menson idi.

Ötən həftə Ç.Mensonun səhhəti qəflətən pisləşmişdi və o, 5 polisin mühafizəsi altında Kaliforniya ştatındakı Kern Kauntidə, Beykersfild şəhərində yerləşən hospitala aparılmışdı.

İlin əvvəlində də Mensonun durumu ağırlaşmışdı, əməliyyata ehtiyac duyulurdu. Lakin həkimlər “məhbus çox zəifdir” deyərək onun hospitala aparılmasına etiraz etmişdilər.

Çarlz Menson “Ailə” (Family”) kommunasının banisi və rəhbəri idi. “Ailə” 1969-cu ildə 7 nəfəri, o cümlədən məşhur kinorejissor Roman Polanskinin arvadını, hamiləliyin 8-ci ayında olan Şeron Teyti qətlə yetirmişdi.

Həvəskar gitaraçı, “Beach Boys” qrupunun iştirakçısı olmağa çalışmış Çarlz Mensonun “Ailə”sinin üzvləri narkomanlara çevrilmişdilər və İblisə sitayiş edirdilər. Onlar Mensonun əmri ilə qətllər törətdiklərini deyiblər. Çarlz Mensonun özü də bir neçə nəfəri öldürmüşdü.

Şeron Teyti öldürəndən sonra “Ailə” Los-Ancelesdə məşhur bərbəri, kafe sahibini və sektanın sıravi üzvlərinin tanımadıqları bir neçə nəfəri qətlə yetirmişdilər.

Məhkəmənin qərarı ilə 9 ömürlük həbs cəzası almış Çarlz Menson barədə filmlər və seriallar çəkilib.

Kventin Tarantinonun çəkməyə hazırlaşdığı yeni filminin ssenarisi də Menson barədədir.

Bundan başqa, “Marilyn Manson” qrupu Çarlz Mensonun “şərəfi”nə belə adlanır. Sekta üzvlərindən biri Linda Kasabiyanın soyadı “Kasabian” qrupunun adında “əbədiləşib”.

Mərhum Şeron Teytin bacısı Debra Teytin dediyinə görə, Mensonun ölümünü ona zəng edərək xəbər veriblər.

Uzun çəkən məhkəmə prosesinin sonucuqda “Ailə”nin 7 üzvü qaz kamerasında edam cəzası aldı. 1972-ci ildə ABŞ-ın Ali Məhkəməsi edam cəzasını ömürlük həbslərlə əvəzlədi.

Çarlz Menson 45 ildən artıqdı ki, həbsxanadaydı. 2012-ci ildə o, vaxtından əvvəl azad edilməsi ilə bağlı 12-ci müraciətinə rədd cavabı almışdı.

Gununsesi.info





loading...