Dünyanın ən qədim almazı tapılıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın Yakutiya bölgəsində tapılan qiymətli daş-qaş planetimizdəki ən yaşlısıdır.
Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin araşdırmaçı elm adamları bununla bağlı “Science Siberia” dərgisində yazı yayımlayıblar.
Alimlərin fikrincə, almazın tərkibindəki kükürdün yüksək istilikdə -1400 ℃ -dən yuxarıda reaksiyaya girdiyini və daşın yaranışı zamanı təzyiqin 5.5 GPa olduğunu göstərir.
Araşdırmaçılar “Bu 180 km. dərinliyə qarşılıq gəlir”, qənaətinə gəliblər.
Tərcümə: Arzu Sayadoğlu