Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən, Cənubi Asiya ölkələrində rast gəlinən üzən bazarlar turistlərin diqqətini özünə cəlb edib. Göl və kanalların üzərində qurulan bu bazarlarda daha çox meyvə, tərəvəz və hədiyyəlik əşyalar satılır. Hətta qayıq vasitəsilə gəzərək alış-veriş etdiyiniz zaman aclıq hiss etsəniz, yemək satılan qayıqlara yaxınlaşa bilərsiniz. Daha çox Taylandda fəaliyyət göstərən üzən bazarlar günortaya qədər açıq olur.
Nigar Cəfərli
Gununsesi.info