Dünyanın ən qəribə ölüm faktları

  • By admin
  • 24 May 2017 17:54

olum

İnsan həyatının təsadüf və ya ehtiyatsızlıq səbəbindən sona yetməsi olduqca acınacaqlı haldır. Öz ehtiyatsızlıqlarının, yaxud ağılsız hərəkətlərinin qurbanı olan insanların sayı heç də az deyil.

Gununsesi.info dünyanın ən qəribə və maraqlı ölüm faktlarını oxucularına təqdim edir.

Əslən macarıstanlı olan Ceyk Fen adlı adam arvadını qorxutmaq üçün özünü asır və ölmüş kimi davranır. Bir neçə dəqiqə sonra otağa gələn qadın ərinin öldüyünü zən edib huşunu itirir. Səsə çıxan qonşu qapının açıq olduğunu görüb içəri daxil olanda evdə iki cəsədin olduğunu zənn edərək evi soyur. Ceyk qadına toxunarkən arvadı ayılır və onun dirildiyini zənn edib qorxudan ölür.

Nyu-yorkda küçəni keçərkən bir adamı maşın vurur. Həmin şəxs heç bir xəsarət almadan yerə yıxılır. Sürücü adama heç nə olmadığını görüb yenidən maşına qayıtdıqda kənardan bir nəfər yerdə yatan adama “qalxma, qalxsan sığortadan pul ala bilməyəcəksən” deyir. Bu sözdən sonra “qəzaya uğrayan şəxs” yenidən maşının altına yatır. Adamın getdiyini düşünən sürücü maşını sürərək adamın üstündən keçir və o, ölür.

Cerison adlı amerikan xanım öz qızı ilə zarafat etmək qərarına gəlir. Cənazə işləri ilə məşğul olan şirkətlərdən biri ilə razılaşan Cerison evə zəng edib ailəsinə dünyasını dəyişdiyini bildirmələrini rica edir. İnfarktdan öldüyü deyilən Cerison qızının qarşısında “dirilir”. Qızın isə qorxudan ürəyi dayanır.

Marko və Roberto de Solisa adlı iki qardaşın ölümü isə olduqca qəribədir. Bir-biri ilə yola gedə bilməyən qardaşlardan biri digərinin başına silahdan atəş açaraq öldürüb. Bu, ilk baxışdan adi bir cinayət kimi görünə bilər. Lakin onlar eyni qan dövranı sistemini paylaşan siam əkizləri olduğundan Robertonun ölümündən 5 dəqiqə sonra qan dövranı dayanan Marko da dünyasını dəyişib.

Komboçyada iki əsgər partlamamış minayla futbol oynamağa qərar verib. Ordunun ən yaxşı mina mütəxəssisləri hesab edilən əsgərlərin hər ikisi partlayış nəticəsində parçalara bölünüblər.

Gununsesi.info