
Dünyanın ən qoca cütlüyü – 106 yaşlı Con Henderson və 105 yaşlı Şarlotta toy mərasimlərinin 80-ci ildönümünü qeyd edib.
“CNN” xəbər verir ki, təntənəli mərasim Texas ştatının Lonqhorn şəhərində baş verib.
Cütlük mərasimə 1920-ci il istehsallı ikiyerlik avtomobillə gəlib. Henderson həyat yoldaşına ilk görüşlərində olduğu kimi gül dəstəsi hədiyyə edib.
Qeyd edilir ki, cütlük 1934-cü ildə Texas Universitetində tanış olub və 1939-cu ildə nigahı rəsmiləşdirib.
Xəbər Oxu.az saytında dərc edilib.