Amerikanın Forbes jurnalı dünyanın ən varlı və reytinqli milyarderlərinin siyahısını açıqlayıb.
Bu siyahıda əslən azərbaycanlı milyarder də yer alıb.
Gununsesi.info Forbes-ə istinadən xəbər verir ki, jurnal martın 20-də 2017-ci ildə dünyanın ən reytinqli milyarderlərinin sayca 31-ci siyahısını açıqlayıb.
Bu siyahıya Rusiyadan 96 imkanlı şəxsin adı düşüb.
Siyahıya Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı Vahid Ələkbərovun da adı düşüb.
V. Ələkbərov dünyanın reytinqli milyarderləri siyahısında 74-cü yerdə 14,5 milyard dollarlıq varidatı ilə qərarlaşıb.
Onun son bir ildə gəlirləri 5,6 milyard dollar dəyişib.
Belə ki, V. Ələkbərov Forbesin Rusiya versiyasında reytinq cədvəlində 124-ci yerdə 8,9 milyard dollarlıq varidatla qərarlaşıb.
Son bir ildə onun gəliri 62,9% artıb və bunun nəticəsində o, milyarderlər sırasında irəliyə çıxa bilib.
V. Ələkbərov Rusiyada böyüklüyünə görə ikinci olan “Lukoyl” neft şirkətinin prezidentidir.
Mürtəza
Gununsesi.info