Dünyanın ən romantik mağarası - FOTOLAR

  • By admin
  • 05 Dekabr 2016 10:10

res2

İtaliya tarixi, təbiəti və insanları ilə olduqca diqqət çəkən ölkələrdəndir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, turistlərin bu ölkəni səyahət etməsi üçün bir çox səbəblər var. Bunlardan biri də mağarada yerləşən və hər kəsi heyran qoyan restorandır. İtaliyanın cənubunda yerləşən Poliqnano a Mar qəsəbəsindəki Grotta Palazzese dünyanın ən yaxşı otelləri arasında yer alır. Bu otel ən romantik və gözəl restorana sahibdir. Həmin restoran mağaranın içərisində yerləşir. Burada yemək yeyən hər kəs Adriatik dənizi və mağaraya birləşmiş möhtəşəm qayalıqların mənzərəsindən həzz alır. XVIII əsrdə bu mağarada varlılar tərəfindən ziyafət məclisləri qurularmış. Hazırda restoran kimi fəaliyyət göstərən məkanda qonaqlara milli yeməklər və müxtəlif növ şərablar təqdim edilir.

res1 res

Nigar Cəfərli

Gununsesi.info