Dünyanın ən səssiz yerləri

  • By admin
  • 03 İyul 2017 11:42

microsoft-quiet-room

Gündəlik həyatımızda səs-küy daima bizi izləyir. Bu isə bəzən həyatımızı olduqca yorucu bir şəklə salır. Amma dünyada elə yerlər var ki, orada səssizlikdən öz ürək döyüntülərimizi eşidə bilərik.

Gununsesi.info dünyanın ən sakit 5 nöqtəsini oxucularına təqdim edir.

Hoh Yağış meşəsi

Hoh Rainforest_0001_40

Hoh Yağış meşələri ABŞ-ın şimal-qərb hissəsində yerləşən Vaşinqtonun qərbindəki Olimpik yarımadasında yerləşir. 11 il əvvəl akustika ekelogiyasını araşdıran Emmi mükafatı laureatı Qordon Hempton 922 min hektarlıq bu ərazini qoruma altına alnaq üçün “Bir parça səssizlik” adlı layihə başlatmış, həmçinin, 3 havayolu şirkətini bu ərazinin üstündən uçmaması üçün razı salmışdı. Hazırda meşə YUNESKO tərəfindən qorunmaqdadır.

Microsoft-un Əks-sədasız otağı

microsoft-quiet-room

Microsoftun Əks-sədasız otağı dünyanın ən səssiz nöqtələrindən biri kimi Ginnesin Rekordlar kitabına daxil edilmişdir. Şirkət otağın daha da sakit ola biləcəyini bildirir. Otaq bir-biri ilə şəbəkə şəklində bağlanmış tavan və səsi yox edən divarlardan ibarətdir. Bu otaqdan araşdırmaların aparılmasında istifadə olunur.

Kronotski Təbiət Qoruma Sahəsi

winterkamchatkafromheli001-13

Bu ərazi Rusiyanın şərq bölgələrindən birində 3 milyon hektarlıq ərazidə yerləşir. Ərazi yanardağlar, meşələr və bulaqlardan ibarətdir. Ərazidə yerləşən “Ölüm vadisi” də vardır ki, burada hidrogen və karbon o qədər yüksəkdir ki, heç bir canlı sağ qalmır. Bu bölgədə heç bir yol və mədəniyyət abidəsi yoxdur.

Haleakala Krateri, Havay

Haleakala-Crater-37588

Maui adası Havay yarımadaları içərisində olan ikinci ən böyük adadır. Buranı fərqləndirən əsas cəhət isə adada iki yanardağın mövcud olmasıdır. Ərazi olduqca səssizdir. Ərazinin işçiləri buradakı səs səviyyəsinin 10 dBA-nı keçmədiyini bildirirlər. Hoh Yağış meşəsini qoruma altına alan Qordon Hempton bu bölgəni “dünyanın ən səssiz nöqtəsi” adlandırmışdır.

Şimal Qütbü Beynəlxalq Yabanı Həyatı Qoruma Bölgəsi

1024px-Firth_river_Arctic_national_wildlife_refuge.jpg.1000x0_q80_crop-smart

Alyaskanın şimalında yerləşən bu ərazi 19 milyon hektarlıq əl dəyməmiş və yolların olmadığı bir bölgədir. İldə ən çox 1500 turistin ziyarət ediyi ərazi qış aylarında olduqca səssiz olduğu halda, yayda quşların səsinə qərq olur.

Gununsesi.info