Dünyanın ən sakit ölkəsi yanğın yerinə döndü: Ordu küçələrə çıxdı – FOTO

  • By admin
  • 29 Sentyabr 2023 10:44
isveç atışma

İsveçin paytaxtı Stokholmda quldur dəstələri arasında savaş başlayıb. İki fərqli nöqtədə qarşıdurma baş verib və bir ev bombalanıb, ümumilikdə 3 nəfər ölüb. İsveçin baş naziri Ulf Kristersson orduya küçələrə çıxmağı tapşırdığını açıqlayıb. 

Gununsesi.info xəbər verir ki, İsveçdə dəstələr arasında zorakılıq artdığı bir vaxtda gecə saatlarında baş verən iki fərqli qarşıdurmada 3 nəfər ölüb. Çərşənbə günü gecə paytaxt Stokholm ətrafında 18 yaşlı gənc güllələnib.

Dəstə üzvləri küçələri savaş meydanına çevirərkən, bir dəstə üzvünün evinin bombalandığı və hadisələrdə çox sayda insanın yaralandığı, ən az 5 nəfərin öldüyü bildirilib.

Küçələrdə baş verən hadisələri nəzarət altına almaq mümkün olmasa da, bəzi ərazilərdə silahlı qarşıdurmaların davam etdiyi bildirilib.

Baş verənlərlə bağlı danışan İsveç baş naziri ordunun küçələrə çıxacağını açıqlayıb.

Baş nazir Ulf Kristersson nadir televiziya çıxışında “Biz dəstələri həbs edəcək və onlara qalib gələcəyik” deyib.

Silahlı Qüvvələrin rəisi Mişel Byden İsveçin “Dagens Nyheter” qəzetinə deyib ki, o, polisin səylərinə kömək etməyə hazırdır.

Hərbçilərin necə cəlb oluna biləcəyi dəqiq məlum deyil, lakin əvvəlki danışıqlarda əsgərlərin cinayətlə mübarizə aparmaq üçün resursları azad etməsinə icazə vermək üçün əsgərlərin müəyyən polis vəzifələrini üzərinə götürə biləcəyi təklif edilib.

Hadisədən saatlar sonra paytaxtın cənubundakı Jordbroda silahlı hücum nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Cümə axşamı paytaxtın qərbində yerləşən Uppsalada baş verən partlayışda 20 yaşlarında bir qadın həyatını itirib.

Dövlət televiziyasına danışan İsveçin ədliyyə naziri Qunnar Strömmer “Bu son dərəcə faciəvi bir hadisədir. İnsanların qəzəb, qorxu və kədər hiss etdiyini anlayıram” deyib.

Bildirilir ki, savaş edən tərəflərdən biri Türkiyədə yaşayan İsveç-Türkiyə (ikili) vətəndaş, digərinə isə onun keçmiş köməkçisi rəhbərlik etdiyi iki dəstə narkotik və silah üstündə döyüşür. İsveç mediası həyatını itirən qadının, ehtimal ki, hədəfin olmadığını və əsl hədəfin qonşu ev olduğunu yazıb.

Ölkənin ictimai telekanalı SVT sentyabr ayında ölkədə 11 nəfərin ölümcül atışma nəticəsində həyatını itirdiyini açıqlayıb.

SVT öz xəbərlərində polisin statistika aparmağa başladığı 2016-cı ildən bu yana 2023-cü ilin sentyabr ayının silahlı hücumlar baxımından ‘ən ölümcül dövr’ olaraq qeydə alındığı məlumatını paylaşıb.

 

Səid Əhmədli
Gununsesi.info