Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

16 Yanvar 2018 - 15:08

Dünyanın ən şaxtalı yerində temperatur mənfi 71 dərəcədir- OYMYAKONDA ƏN ÇƏTİN İŞ ÖLÜNÜ DƏFN ETMƏKDİR (FOTOLAR)

Bu il dünyanın ən şaxtalı yeri kimi Yakutiya və bu əyalətin Oymyakon adlı yaşayış məntəqəsi hesab olunub. Burada havanın temperaturu mənfi 71 dərəcəyədək enib.

Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, Oymyakon qəsəbəsində 600 nəfər yaşayır.

Bu havada evindən işə gedən yakutiyalı Anastasiya Qruzdeva 15-20 dəqiqə ərzində qaş və kipriklərinin necə donmasının fotolarını sosial şəbəkədə paylaşıb.

Oymyakon qəsəbəsi ümumiyyətlə dünyanın ən soyuq yaşayış məntəqələrindən biri hesab olunur. Burada qışda havanın temperaturu 52-78 dərəcə arasında dəyişir.

Havanın temperaturu 52 dərəcədən aşağı endikdə qəsəbədəki məktəb və klinika fəaliyyətini dayandırır. Belə şaxtalarda qəsəbədə maşın və elektron cihazlar işlədilmir.

Oymyakon yakut dilində donmayan su mənasını versə də, realda hər şey əksinədir. Burda çaydakı bərələrdə gəmilər qış vaxtları buz olduğundan yaz aylarınadək işləmir.

Belə şaxta olmasına baxmayaraq, yerli əhalinin sağlamlığında elə də ciddi problem yaranmır. Həkimlərin dediyinə görə, yerli əhalinin yediyi heyvanların ətində mikronutrientin yüksək səviyyədə olduğundan soyuğa tab gətirirlər.

Havalar çox soyuq keçdiyindən burada maşınlar daim işlək vəziyyətdə saxlanılır. Yoldakı işıqforların üzəri buz bağlayır.

Bu qəsəbə 1920-1930-cu illərdə köçərilərin müvəqqəti qalması üçün tikilib. Burada gün ərzində cəmi 3 saat günəş görmək olar.

Qış vaxtlarında bura bəzi turistik şirkətlər tərəfindən soyuq yaşayış məntəqələrini görmək istəyən turistlərin səfərləri təşkil olunur.

Əhali öz güzəranını yay aylarında bu ərazilərə gələn turistlər hesabına keçirirlər. Yerli əhali şiddətli soyuq düşmədən qışa hazırlıq görür. Çünki qışda digər qəsəbə və kəndlərlə əlaqələr kəsilir.

Hava şəraitinin nə qədər soyuq olmasına baxmayaraq, kəndlilər yaşayışlarından məmnundurlar.

Oymyakonun qışda ən çətin işi bir insan ölərkən, onun dəfn mərasimidir. Çünki burada yer buz bağladığından qəbir qazmaq elə də asan iş hesab edilmir. Onlar ilk növbədə kömürdən od qalayıb buzu əridir, daha sonra isə texnika ilə qəbir qazırlar.

Gununsesi.info