Dünyanın ən sürətli interneti: Saniyədə 150 film göndərir

  • By admin
  • 15 Noyabr 2023 12:17

Çin saniyədə 1,2 terabit sürətlə məlumat ötürə bilən dünyada ilk internet şəbəkəsini istifadəyə verdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “Huawei Technologies” və “China Mobile” Pekini cənubla birləşdirən 3000 kilometrlik internet şəbəkəsi qurub və bu, ölkənin ən son texnoloji sıçrayışı kimi qeyd olunub.

İki şirkət Tsinghua Universiteti və tədqiqat provayderi Cernet.com ilə əməkdaşlıq edərək, saniyədə 1,2 terabit ötürmə qabiliyyətinə malik dünyanın ilk internet şəbəkəsini yaradıb. Universitetdən verilən açıqlamada sınaqların iyulun 31-də başladığı və o vaxtdan bəri müxtəlif sınaqlardan keçdiyi bildirilib.

Bu sürətlə şəbəkə bir saniyədən az müddətdə 150 ədəd ​​4K film göndərə bilər. “Sinxua” xəbər agentliyinin Tsinghua saytındakı məlumatında deyilir ki, bu şəbəkə “Çinin ölkə daxilində malik olduğu əsas texnologiyalar əsasında idarə olunur”.

Tsinghua sənayedə bir ilk olan layihəni tamamilə yerli texnologiyaya əsaslanır və məlumatında “Huawei”yə mühüm yer ayırır. Çin şirkəti avqust ayında Çində istehsal olunan mürəkkəb prosessorlu 5G smartfonunu təqdim edərkən böyük səs-küyə səbəb olub.

Fevral ayında “Huawei”nin qlobal rəqibi “Nokia” Avropadakı optik şəbəkədə təxminən 118 km məsafədə saniyədə 1,2 terabata çatdığını elan edib. Hazırda əksər ölkələrin şəbəkələri saniyədə 100 giqabit sürətlə işləyir. ABŞ isə İnternet2 ilə şəbəkəsini saniyədə 400 giqabitə çatdırıb.

Gununsesi.info