
ABŞ-ın Kaliforniya ştatından San-Dieqo şəhər mərkəzinə 1 saatlıq məsafədə yerləşən “Potato Chip Rock” (Kartof Çipsi Qayası) dünyanın ən təhlükəli yerlərindən biri olsa da, turistlər tərəfindən tez-tez ziyarət olunur.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Vudson dağının 853,4 metr yüksəkliyində mövcud olan qaya ilk baxışdan kartof çipsini xatırladır. Əslində burada insanları qorxudan yeganə şey hündürlükdür. Çünki qayanın fotoşəkillərdə əks olunan incə hissəsi yetərincə ağırlıq qaldıra bilir. Bu hissədə yemək yeyən, hətta evlilik təklifi edən turistlər olub.
Nigar Cəfərli
Gununsesi.info