
Dəniz mövsümü yaxınlaşdıqca insanlar da asudə vaxtlarını əyləncəli keçirmək üçün çimərlik axtarışlarına başlayır. Lakin dünyada ele çimərliklər var ki, ora getmək sözün əsl mənasında cəsarət tələb edir. Gununsesi.info dünyanın ən təhlükəli çimərliklərini təqdim edir.
Burton Bradstock
Bu çimərliyə gedən hər kəs həyati təhlükə ilə qarşılaşa bilər. İngiltərədə yerləşən çimərlik sahilə paralel olan qayalıqlarla müşayiət olunur. Hər gün qayalıqlardan onlarla nəhəng qaya parçası sahilə düşür. İndiyə qədər bir çox insan bu çimərlikdə dünyasını dəyişib.
Gansbaai
Dünyanın ən təhlükəli çimərliklərindən olan Gansbaai Cənubi Afrikada yerləşir. Dənizdə yaşayan yüzlərlə köpək balığı insanların çimərlik əyləncəsinə mane olur.
Praia de Boa Viegem
Braziliyada yerləşən çimərlikdə 1992-ci ildən bugünə qədər insanlar nə az, nə çox düz 50 dəfə köpək balıqlarının hücumuna məruz qalıblar.
Mərcan adası
Bu cür gözəl çimərliyin təhlükəli olmasının iki səbəbi var. Əvvəla, YUNESKO tərəfindən qorunan bu çimərliyin sahili ABŞ-ın 1946-1948-ci illərdə nüvə silahı sınaqlarını keçirdiyi ərazi olub. Bu səbəbdən çimərlik insanlara kimyəvi zərər verə bilər. Çimərliyin təhlükəli olmasının digər səbəbi isə çimərlikdə köpək balıqlarının olmasıdır.
Amazon sahilləri
Braziliyada yerləşən Amazon sahillərində dənizə girmək intihar etməyə bənzəyir. Dəniz sularında yaşayan elektrikli ilanlar insanların həyatına son qoyur.
Playa Zipolite
Dünyanın ən gözəl mənzərəli çimərliklərindən olan Playa Zipolite, eyni zamanda ən təhlükəli yerlərdən biridir. “Zipolite” sözü ölüm mənasını verir. Dünyada ən çox boğulma hallarına məhz bu çimərlikdə rast gəlinir. Bu rəqəm sayılmayacaq qədər çoxdur.
Kilauea
Siyahıya daxil olan son çimərlik Kilauea vulkan dağının kənarında yerləşir. Hər vulkan püskürdükcə lava dəniz sularına doğru axır.
Gununsesi.info