Dünyanın ən təhlükəli vulkanlarından biri hesab edilən Kolumbiyadakı Nevado del Ruiz vulkanında aktivliyin artması əlamətləri müşahidə olunur.
Gununsesi.info xəbər verir ki, bu barədə “Fox 6 Now” məlumat yayıb.
Bildirilib ki, Kolumbiya hökuməti bu halla bağlı narıncı xəbərdarlıq elan edib.
Prezident Gustavo Francisco Petro Urrego insanları təxliyə etməyə çağırıb.
Kolumbiyanın Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, Nevado del Ruiz bölgəsində seysmik aktivlik 1985-ci il noyabrın 13-də ən azı 25 000 insanın ölümünə səbəb olan püskürmədən sonra görünməmiş səviyyəyə yüksəlib.
Qeyd edək ki, Nevado del Ruiz yaxınlığında yerləşən bölgədə təxminən 57 000 insan yaşayır.
Gununsesi.info