Dünyanın ən təhlükəli yolu kimi tanınır: - Tikinti zamanı 1 işçi həlak olub

  • By Admin2
  • 08 Fevral 2025 12:30

Quoliang tuneli, sıldırım qayalara oyulmuş təsir edici quruluş, Çinin Henan əyalətindəki Taihang dağlarında yerləşir. 13 kənd sakininin inşa etdiyi təhlükəli tunelin tikintisi zamanı bir fəhlənin həyatını itirdiyi məlum olub. Kinorejissorların da sevimli məkanı olan Quolianq tuneli qeyri-adi görünüşü ilə həm valeh edir, həm də qorxudur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kəndi xarici dünyaya bağlamaq üçün 1972-ci ildə 13 igid kəndli tərəfindən başlanan tunelin tikintisi təxminən 5 il çəkdi.

Uzunluğu 1,25 kilometr, hündürlüyü 5, eni 4 metr olan tunelin tikintisi zamanı kənd sakinləri əl alətləri ilə hər gün orta hesabla bir metr irəliləyə biliblər.

Quolianq kəndini əhatə edən dağlara oyulmuş bu yol zamanla turistlərin cazibəsinə çevrilib. Tunel əsaslı memarlığı ilə sürücülərə və ziyarətçilərə unikal təcrübə təqdim edir.

Kinorejissorların da tez-tez üz tutduğu tunel xüsusilə yağışlı havalarda daha da təhlükəli olur.

Orxan Saffari

Gununsesi.info