Dünyanın ən uzun kişisi və ən qısa qadını Misirdə bir araya gəldi - FOTO

  • By admin
  • 31 Yanvar 2018 11:36

Misir Turizm Nazirliyinin dəvəti ilə Ginnesin rekordlar kitabında yer alan dünyanın ən uzunboylu kişisi və ən qısaboylu qadını bu ölkədə görüşüblər.

Gununsesi.info “Metro”ya istinadən xəbər verir ki, dünyanın ən ucaboylu kişisi 35 yaşlı türkiyəli fermer Sultan Kesen sayılır və onun boyu 251 santimetrdir.

Dünyanın ən qısaboylu qadını isə hindistanlı Coti Amci hesab olunur ki, onun boyu cəmi 62 sm-dir. Bu iki şəxsi Misirə dəvət etməkdə məqsəd onların Misirin ən görkəmli yerlərində fotolarını çəkməklə turistləri bu ölkəyə cəlb etmək olub.

Gununsesi.info