“Amazon”un qurucusu Ceff Bezos milyarderlər indeksində İlon Maskı geridə qoyaraq dünyanın ən varlı adamı titulunu bərpa edib.
Gununsesi.info xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Bezosun xalis sərvəti 200 milyard dollara yüksələrək “Tesla” sahibi Maskın 198 milyard dollarlıq sərvətini ötüb.
X və SpaceX şirkətlərinin də sahibi olan Elon Musk “Tesla”nın səhmlərinin son aylarda 25 faiz ucuzlaşması səbəbindən sərvətini 30 milyard dollardan çox itirib.
Maskın bu problemindən əlavə, yanvar ayında məhkəmə “Tesla”-nın 55,8 milyard dollar dəyərində böyük təzminat hesablaşmalarının ləğvini təsdiqləyib.
Artıq “Amazon”u idarə etməyən Bezos bu arada e-ticarət nəhənginin artan səhm qiymətlərindən faydalanıb.
O, bu yaxınlarda 8,5 milyard dollarlıq səhmlərini satmasına baxmayaraq, şirkətin ən böyük səhmdarı olaraq qalır.
Lüks qrup LVMH-nin fransız icraçı direktoru Bernard Arnault 197 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları arasında üçüncü yeri tutur.
“Tesla” səhmlərinin artımının da payı ilə sərvətini 95 milyard dollar artıran Mask 2023-cü ildə sərvətini ən çox artıran milyarder kimi də diqqət çəkib.
Dünyanın ən varlı adamı uğrunda mübarizədə lüks istehlak malları qrupu LVMH-nin sədri Bernard Arnaultu geridə qoyan İlon Mask 2023-cü ili 232 milyard dollarlıq sərvətlə lider kimi başa vurub.
Gununsesi.info