“Forbes” jurnalı dünyanın ən varlı ruslarının illik siyahısını tərtib edib.
Gununsesi.info “Gazeta.ru”ya istinadən xəbər verir ki, “Lukoyl”un təsisçisi Vaqit Ələkbərov siyahıya ilk dəfə başçılıq edib.
İl ərzində iş adamı beş pillə yüksələrək qlobal reytinqdə 59-cu yerə yüksəlib. Onun sərvəti 20,5 milyard dollardan 28,6 milyard dollara yüksəlib.
Sonrakı yerdə 27,4 milyard dollar (illik +5,8 milyard dollar) kapitalı ilə “Novatek PJSC”nin İdarə Heyətinin sədri Leonid Mixelson gəlir. İlk üçlüyü 26,6 milyard dollarla “NLMK”nın ortağı Vladimir Lisin tamamlayır.
Ötənilki lider – “Eurochem” və “SUEK”in təsisçisi Andrey Melniçenko yeddinci yerə enərək bir neçə mövqeni birdən itirib. Onun sərvəti bu dövr ərzində 4,1 milyard dollar azalaraq 21,1 milyard dollara düşüb.
Ümumilikdə, bu il “Forbes”in dünyanın ən varlı adamları reytinqinə 125 rusiyalı milyarder daxil edilib.
Gununsesi.info