Dünyanın ən yaşlı adamı Xuan Visente Peres Mora Venesuelada 114 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Venesuela prezidenti X sosial media platformasındakı paylaşımında bildirib.
1909-cu ildə anadan olan Peresin 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 nəticəsi var.
Ginnesin Rekordlar Kitabı Peresi 2022-ci ildə dünyanın ən yaşlı adamı elan edib.
O, beş yaşında ikən atası və bacıları ilə tarlada işləyərək şəkər qamışı və qəhvə yığımına kömək edib. Bu barədə özü 2022-ci ildə verdiyi açıqlamada bildirmişdir.
Dolanışığını əkinçiliklə təmin edən Peres həm də şerif vəzifəsində çalışıb.
Şəbnəm
Gununsesi.info