Dünyanın ən yaşlı pişiyi öldü

Dünyanın ən yaşlı pişiyi olan  Rubble 31 yaşında ölüb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, 51 yaşlı İngiltərə sakininə məxsus pişik ona 20 yaş hədiyyəsi olub. 2016-cı ildə Ginnesin Rekordlar Kitabına ən yaşlı pişik adı ilə düşməyi bacaran pişik, sahibi üçün sanki bir övlad olub.

 

Pişiyin sahibi deyir ki, Rubble son aylar ərzində birdən qocalıb və yemək yeməməyə başlayıb.

Qeyd edək ki, bundan əvvəl ən yaşlı pişik Krem Puff 2005-ci ildə 38 yaşında ölüb.

Gununsesi.org