Böyük Britaniyada yerləşən “TimeOut” media qurumu dünyanın ən yaxşı şəhərlərinin siyahısını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, hər il mütəmadi olaraq dərc olunan siyahıya diqqət çəkən şəhərlər daxil edilib. Siyahıda dünyanın ən yaxşı 50 şəhəri göstərildiyi halda, ilk 5-lik Nyu-York, Keyptaun, Berlin, London və Madrid olub.
Bir çox müxtəlif ölkələrin şəhərlərinin yer aldığı siyahıda Türkiyədən yalnız İstanbul yer alıb.
Jurnal redaktorlarının İstanbulla bağlı yazdığı məqalədə “Bir zamanlar Bizans və Osmanlı imperiyalarının paytaxtı olan İstanbul, hazırda Türkiyənin dinamik və kosmopolit qəlbidir” deyilib.
Kadıköy, Qalata, Beşiktaş və Karaköydə canlı həyatın olduğu, Ayasofya, Kapalıçarşı və Topkapı sarayı kimi tarixi binaların olduğu da vurğulanıb. Sahildə gəzinti üçün Ortaköy, Arnavutköy və Bebek kimi rayonların önə çıxdığı bildirilib.
Gununsesi.info