Dünyanin ən zəngin 500 milyarderi - SİYAHIDA AZƏRBAYCANLI DA VAR

  • By admin
  • 06 Mart 2017 17:15

vahid_3568768_357867

“Bloomberg”  Agentliyi dünyanın ən varlı adamlarının siyahısını dərc edib.

Gununsesi.info Rusiya Kiv-nə istinadən xəbər verir ki, siyahıya 85.6 milyard dollarla  yenə “Microsoft”un yaradıcısı, Bill Geyts başçılıq edir.

İkinci yerdə yenə 78.9 milyard dollarlıq sərvətlə  “Berkshire Hathaway” sərmayə şirkətinin rəhbəri və ən böyük payçısı Uorren Baffet durur.

3-cü yerdə 73.5 milyard dollarla dünyanın ən böyük onlayn ticarət şirkəti olan “Amazon”un rəhbəri Jeff Bezos, 4-cü yerdə 69.3 milyard dollarlıq var-dövlətlə “Inditex”in səhmlərinin 50 faizdən çoxunun sahibi Amancio Ortega, 5-ci yerdə isə 59.1 milyard dollarlıq sərvətlə dünyanın ən geniş sosial şəbəkəsi sayılan  Facebook-un yaradıcılarından biri, eləcə də icraçı direktoru Mark Zukerberg bərqərar olub.

Siyahıda əslən azərbaycanlı iş adamı Vahid Ələkbərovun  da adı var. O, 11.4 milyardlıq sərvətiylə  siyahıda 104-cü yeri tutur. V.Ələkbərov Rusiyanın ikinci ən böyük neft şirkəti «LukOil»un prezidentidir. O, həmçinin enerji, bank, inşaat sahəsi və mətbuata sərmayə qoyan «IFD Kapital»da səhmlərin 25 faizinə  sahibdir.

Gürcüstanın hakim “Gürcü arzusu”  Partiyasının təsisçisi, milyarder Bidzina İvanishvili dünya varlılarının siyahısında 276-cı yerdədir. «Bloomberg» onun var-dövlətinin 5.52 milyard dollara çatdığını yazır.

Gülnaz Qənbərli

Gununsesi.info