
“Amazon”un qurucusu və nüfuzlu “Washington Post” qəzetinin sahibi Cef Bezos İstanbulda keçirilən Camal Kaşıkçının anım mərasimində iştirak edib.
Gununsesi.org xəbər verir ki, o, mərasimdə Kaşıkçının nişanlısı Haticə Cengizin yanında oturub. C. Bezos Kaşıkçının nişanlısına “Siz tək deyilsiniz”,- deyib. Anım mərasimi İstanbulda Səudiyyə Ərəbistan konsulluğuna yaxın bir ərazidə baş verib.
“Siz o gün saatlarca burada gözlədiniz, ancaq o, qapıdan çıxmadı. Yaşadığınız təsvir ediləbilməz bir kədərdir. Bilmənizi istəyirəm ki, siz tək deyilsiniz”,-deyə C. Bezos Haticə Cengizə dəstək olub.
Qeyd edək ki, Camal Kaşıkçı keçən il oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğuna daxil olduqdan sonra binadan çıxmayıb. Onun ölümünün Səudiyyə Kralı Məhəmməd bin Salman tərəfindən sifariş edildiyi deyilir. O, qətlin məsuliyyətini üzərinə götürsə də, qətlin birbaşa onun tərəfindən sifariş edildiyi iddialarını qəbul etməyib.
Gununsesi.org