Dünyanın ən zəngin insanları haqqında bilmədiklərimiz - FOTOLAR

  • By admin
  • 27 İyul 2017 16:34
1575240_00c7e2368fe742b86de8df76cc4c67c2_640x640
41 milyard varidata sahib olan  və dünyanın ən zəngin insalarından biri, İKEA-nın qurucusu olan İnqvar Kampradın çox maraqlı bir həyat hekəyəsi var. Onu digər zənginlərdən fərqləndirən cəhəti ikinci əlpaltarlar geyməsi, ən ucuz dəlləkə getməsi və qiyməti 4 min dollar civarında olan avtomobil sürməsidir.
Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Kamprad 1993-cü il istehalı olan Volvo240 modelini sürür. Onun hazırda bazarda maksimum dəyəri 3,5-4 min dollardır.
Hazırda 92 yaşı olan İnqivar Kamprad  hələ uşaq yaşlarından  kibrit çöpü satmaqla fəaliyyət başlayıb.1926-cı ildə İsveçin kasıb bölgələrindən olan Smalandın Agunnaryd  kəndində  dünyaya gələn İ. Kamprad 5 yaşından etibarən  kibrit çöpü satmaqla ticarətə başlayır. 10 yaşına çatan Kamprad  velosipeti ilə məhəllələri dolaşaraq  Yeni il dekorasiyaları, balıq və qələm satmağa başlayır. İnqvar müştərilərə malları a 2-3 hətta 5 misli bahasına satır və bunu da gizlətməyib. Bundan həzz aldığını açıqca dilə gətirib. 
Dərsə gec gedən İnqivar dəsrlərində də başarıqlı olur. Hətta dostlarına oyun oynarkən pul da buraxır.
1943-cü ildə atasının verdiyi pul mükafatı ilə  İKEA markasını qurur. İKEA şirkətinin adının açılamasınında maraqlı bir tarixi var. İKEA onun adının, soyaadının, fermer təsərrüfatının (Elmtaryd) və kəndinin (Agunnaryd) baş hərfləridir. Kamprad həyatında ilk dəfə 63 dollar həcmində kredit götürür və buna Parisdən 500 ədəd qələm gətirir.
Milyarder yeməyi heç də bahalı restoran və kafelərdə deyil, ucuz yerlərdə, xüsusən də İKEA restoranlar şəbəkəsində yeməyə üstünlük verir.
Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, Kamprad  daha az vergi ödəmək məqsədi ilə rəhbərlik etdiyi firmanın baş ofisini Kopenhagendən Amsterdama köçürür.
Özü hazırda elə də dəbdəbəli və bahalı olmayan bir evdə yaşayır.
Kampradı digər zənginlərdən daha bir cəhət onun illər boyu gəzdirdiyi güzdan və köhnə qol saatıdır.
Milyardlarının olmasına baxmayaraq  özünün şəxsi təyyarəsi yoxdur. Harasa uçanda da daha ucuz uçuşlar həyata keçirən aviaşirkətlərin xidmətindən istifadə edir.
Evinə bazarlığı xanımı  Marqarita ilə edir və alış-verişi endirim  kampaniyası dövründə edir. Hətta marketlərin endirim kartlarından belə istifadə edir.
 1575240_da3ee0a1636538428bf11a9613a9b508_640x640 1575240_4740c81838f5c2a10034220adaf45896_640x640 1575240_925acb3e7acc7a56baa2c8dcd036c5af_640x640 1575240_799e5cf2d079589092d6fa3b44f0d7c5_640x640 1575240_85fa8114d61b0f97dbddd352616c41f5_640x640
Gununsesi.info