Dünyanın ən zəngin kriptovalyuta milyarderləri- SİYAHI

Dünyanın ən zəngin kriptovalyuta milyarderləri

“Forbes” jurnalı dünyanın ən zəngin kriptovalyuta milyarderlərinin adını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, “Ripple” servisinin sabiq baş direktoru Kris Larsen ən zəngin kriptovalyuta milyarderidir. Onun varidatı 8 milyard dollara yaxındır. İkinci yerdə 5 milyardlıq sərvətə sahib olan Cozef Lavin qərarlaşıb. O, “Ethereum” kriptovalyutasının yaradıcısıdır. Siyahıda üçüncü sırada “Binance” kriptovalyutasının təsisçisi, 2 milyard sərvətə sahib olan Çanpen Çhao yer alıb.

Gununsesi.info

COMMENTS