Dünyanın ən zəngin kriptovalyuta milyarderlərinin adları açıqlandı - SİYAHI

  • By admin
  • 07 Fevral 2018 20:15

“Ripple” kriptovalyuta servisinin keçmiş baş direktoru Kris Larsen ən zəngin kriptovalyuta biznesmeni olub.

Gununsesi.info bu barədə “Forbes” jurnalının yeni reytinqinə istinadən məlumat verir.

Qeyd olunur ki, onun varidatı 8 milyard dollara yaxın dəyərləndirilir.

Siyahıda ikinci yerdə “Ethereum” kriptovalyutasının yaradıcısı Cozef Lavin qərarlaşıb. Onun sərvəti 5 milyard dollara yaxındır.

Siyahıda ilk üçlüyü “Binance” kriptovalyutasının təsisçisi, 2 milyard sərvətə malik Çanpen Çhao qapayır.

Gununsesi.info