DÜNYANIN ƏN AĞILLI 10 ÖLKƏSİ -FOTO

Etiraf etmək lazımdır ki, ümumiyyətlə, insanlar kifayət qədər ağıllı bir cəmiyyətdir.

Bu planetdə yaşadığımız qısa müddət ərzində bir atomu parçaladıq, kosmosa getdik, məhdud sürüşmə diferensialını qurduq və it çətirini icad etdik. Olduqca yaxşı, razıyam.

Bununla belə, bu ixtiraların, kəşflərin və irəliyə doğru böyük sıçrayışların əksəriyyəti tək bir fədakar insanın ilhamlanmış dahi və tək işinin deyil, kollektiv səyin nəticəsidir.

Məsələn, Intelligence Capital Index və ya ICI tərəfindən verilən reytinqlərdən biri dünyanın müxtəlif ölkələrinin intellekt səviyyəsini müəyyən edir.

Bu araşdırmaya görə, 2021-ci ildə ABŞ birinci yerdədir və A+ reytinqi alan yeganə ölkədir.

İkinci yerdə Böyük Britaniya, üçüncü yerdə Almaniyadır.

Siyahıda sonrakı yerləri Avstraliya, Sinqapur, İsveç, İsveçrə, Kanada, Finlandiya və Danimarka tutur.

Mükafatın mövcud olduğu bütün dövr ərzində (1901-ci ildən 2019-cu ilə qədər) Nobel laureatlarının sayına görə ABŞ və Avropa qətiyyətlə irəlidədir:

ABŞ – 275 mükafat
Böyük Britaniya – 103
Almaniya- 83
Fransa-56
İsveç – 29
Yaponiya – 27
Rusiya – 26
Polşa – 26
Kanada – 19
İtaliya – 19

Ancaq IQ səviyyəsindən (eyni IQ) başlasaq, reytinqin ilk sətirləri Asiyaya aiddir:

Honq Konq (108)

Sinqapur (108)
Cənubi Koreya (106)
Çin (105)
Yaponiya (105)
Tayvan (104)
İtaliya (102)
İsveçrə (101)
Monqolustan (101)

Bəs sizdə sual yarana bilər… Azərbaycan hardadır? Bunun cavabını isə mən yox , elm tədqiqatının yaratdığı reytinq tablosu deyecək.

Portal Vouchercloud dünyanın ən ağıllı ölkələrinin siyahısını təqdim edib. Yaponiya birinci yerdədir. Siyahıda ikinci sırada İsveçrə, üçüncü yerdə isə Çin qərarlaşıb. İlk beşliyi ABŞ və Hollandiya tamamlayır.

İlk 10-luqda həmçinin Belçika, Böyük Britaniya, Kanada və Cənubi Koreya yer alıb.

Qeyd edək ki, Azərbaycan bu siyahıda yer almayıb.

Dünya siyahısında Intelligence Quota-ya görə Azərbaycan 67-ci yerdə dayanır.

Həm də ümid edirik ki, azərbaycanlıların gənc nəsli sayəsində çox yaxında ölkəmiz də bu reytinqlərdə yüksək mövqelərlə öyünə biləcək.
Tərcümə: Adil
Gununsesi.info