Dünyanın ən bahalı filminin aktyoru xərçəngdən öldü - FOTOLAR

  • By admin
  • 01 Fevral 2020 11:52

“Ulduz müharibələri” filmindəki rolları ilə məşhur olan britaniyalı aktyor Alan Harris 82 yaşında vəfat edib. 

Gununsesi.org xəbər verir ki , bu barədə “Metro” xəbər yayıb.

Onun ağciyər xərçəngindən öldüyü bildirilir.

Qeyd edək ki, Harris gənclik illərində model olub, lakin sonra həyatını tamamilə kinoya həsr edib.

O, “Ulduz müharibələri”nin üç orijinal epizodunda, o cümlədən, “Epizod V: İmperiya cavab zərbəsi vurur”da çəkilib.