Dünyanın ən bahalı sualtı oteli istifadəyə verilir - GECƏSİ 50 MİN DOLLARA

  • By admin
  • 22 Aprel 2018 12:35
Gununsesi.info moderator.az-a istinadən xəbər verir ki, 2018-ci ilin noyabrında Maldivdə sualtı mehmanxana nömrəsinin açılması planlaşdırılır. 
Sualtı nömrə Hind okeanı sularının 50 metr dərinliyində, faktiki olaraq ayrıca villa olacaq. Belə bir orijinal mehmanxananın yaratmağın ilk layihəsini Conrada Maldives Rangali Island şirkəti təqdim edib.
Villanın Muraka adlandırılması nəzərdə tutulur. Bu, maldiv dilində “mərcanlar” deməkdir. Layihənin dəyəri 15 milyon dollardır.
Sualtı nömrənin müəllifi və konstruktoru Crown Company şirkətindən olan Əhməd Salem qeyd edib ki, villanın korpusu poladdan, betondan və akrildən hazırlanıb. Nömrənin bir hissəsi suyun üzərində olacaq. Orda məşq salonu, patio, işçilər üçün otaqlar və şəxsi kabinet olacaq.
Sualtı yataq otağı iki qonağa hesablanıb. Bu otelin bir gecəlik qiyməti 50 min dollardır.
Gununsesi.info