Dünyanın ən böyük qurbağası tapıldı

  • By admin
  • 21 Yanvar 2023 13:03

Avstraliyada dünyanın ən böyük qurbağası tapılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, canlı bu ölkənin cənubundakı bir yağış meşəsində tapılıb. Torpaq qurbağası “Qamış qurbağası” olaraq bilinən Rhinella marina növünün indiyədək təsbit edilən ən böyük üzvüdür.

Digər qurbağalardan 6 dəfə daha ağır olan “canavar qurbağa” 2.7 kq. ağırlığındadır.

Mütəxəssislər tərəfindən yaxalanaraq mühafizə altına alınan qurbağaya Qodzilladan ilhamlanaraq “Toadzilla” adı verilib. “Toad” ingiliscədən tərcümədə “quru qurbağası” deməkdir.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info