Dünyanın ən çirkli pulu hansı Avropa ölkəsindədir? - TOXUNAN ƏLLƏRİNİ YUMALIDIR

  • By admin
  • 13 Sentyabr 2019 20:46
Pulun da təmizi, çirklisi olurmuş. Türkiyə, Almaniya və Hollandiyadan olan elm adamları tərkibində bakteriyaların çoxluğuna görə ən çirkli əsginası müəyyənləşdirib.
Gununsesi.org xəbər verir ki, Rumıniya leyi qədər çirkli pul yoxdur. Şərqi Avropa ölkəsinin milli valyitasının tərkibində o qədər bakteriya var ki, toxunan əllərini yumalıdır.
Rumıniyada pulun uzunömürlülüyü üçün polimerdən istifadə edirlər. Üstəlik, ölkədə saxta pul kəsilməsi faizi yüksək olduğundan, xeyli maddə əlavə olunur. Bu da əsginasın tərkibində bakteriyanı artırır.
Dünyanın ən çirkli pulunu müəyyənləşdirdiyinə görə həmin elm adamlarına iqtisadiyya üzrə verilən mükafat – “Ig Nobel Prize” təqdim oliunub. Pul mükafatı kimi isə 10 trilyonluq Zimbabve dolları əsginası verilib. Çox da böyük pul deyil, cəmi 40 sent edir.
Gununsesi.org