Dünyanın ən gözəl cins atı  - FOTO

  • By admin
  • 17 Aprel 2017 13:00

unnamed (11)

Türkmənistanın məşhur Ahal Təkə cins atları gözəllikləriylə diqqət çəkir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin bütün vilayətlərində yetişdirilən Ahal Təkələrin sayı 3 minə yaxındır.

Belə ki, bu atlar satılmır, ancaq hədiyyə edilir. Ölkədən kənarda kiməsə hədiyyə edildikdə isə bala verməsin deyə qısırlaştırılır. Beləliklə, nəsillərinin pozulmasının qarşısı alınır.

Dövlətin rəsmi embleminin baş fiquru olan at üçün ölkədə rəsmi bayram da var, At nazirliyi də.

unnamed (12) unnamed (10)

Anar
Gununsesi.info