Dünyanın ən gözəl qızlarından biri öldü - 20 YAŞINDA İDİ

  • By admin
  • 11 Mart 2019 21:29

2017-ci ildə “Yeniyetmə Kainat Gözəli” yarışmasının qalibi seçilən Lotte van der Zee 20-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə getdiyi xizək tətilində ürəktutmadan ölüb. 

Gununsesi.org  xəbər verir ki, bu barədə məlumatı modelin ailəsi onun instaqram səhifəsində yayıb. Qızının şəkillərini paylaşan ailə “Sevimli qızımız, hər şeyimiz martın 6-da axşam saatlarında vəfat edib. Əziz Lottenin artıq yanımızda olmayacağı qorxunc bir həqiqətdir. Xahiş edirik ki, dualarınızı əsirgəməyin” sözlərini qeyd edib.

Ailə jurnalistlərə açıqlamasında modelin əvvəlki gün dostları ilə əyləndiyini, xoşbəxt və sağlam olduğunu söyləyib. Amma səhəri gün yeməyə gəlmədiyi üçün narahat olan Hollandiya gözəlinin anası onu otağında koma vəziyyətində tapıb.

Xəstəxanaya aparılan model bütün müdaxilələrə baxmayaraq həyatını itirib.