Dünyanın ən qədim ibranicə “İncil”i 38 milyon dollara satıldı

  • By admin
  • 18 May 2023 11:01

Dünyanın ən qədim ibranicə olan “İncil” kitabı rekord qiymətə satılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sotheby`s Hərrac Evi əksisksiz və ən qədim “İncil” kitabını 38 milyon dollara satıb.

Bahalı qiymətə alıcı tapan ibranicə olan dini kitab “Codex Sassoon” olaraq tanınan kitabın 1100 yaşı var. Alıcısı Amerikanın keçmiş Rumıniya səfiri və Amerikan Yəhudi Komitəsinin Başçısı Alfred H. Moses olub.

Kitab adını keçmiş sahibindən alır.

X əsrdə yazılan Codex Sasson adını 1929-cu ildə kitabı satın alan və XX yüzillikdə yəhudi əlyazmalarının ən önəmli toplayıcılarından biri olan David Solomon Sassoondan alır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info