Dünyanın ən yaşlı insanı kimi “Ginnes”ə düşdü - FOTOLAR

  • By admin
  • 09 Mart 2019 18:58

16 yaşlı yaponiyalı Kane Tanaka dünyanın ən yaşlı insanı elan edilib.

“Gununsesi” xəbər verir ki, “Ginnesin rekordlar kitabı”na düşən Tanaka 1903-cü il yanvarın 2-də anadan olub. O, səkkizuşaqlı ailənin 7-ci övladıdır. Hazırda Fukuoka prefekturasında yaşayan Kanenin 4 doğma, bir ögey övladı var.

Qeyd edək ki, Tanakadan əvvəl bu status Tiyo Miyakonun olub. O, ötən il 117 yaşında dünyasını dəyişib. İndiyədək bu rekord 122 il yaşayan Janna-Luiza Kalmenə məxsus olub.