Dünyanın 4 nəhəngindən Putinə Navalnı çağrışı

  • By admin
  • 02 Fevral 2021 23:54

 

 

Rusiya Prezidenti Putinin müxalifət lideri Aleksey Navalnını azadlıqdan məhrum etdirməsi dünyada böyük rezonansa səbəb olub.

Gununsesi.info xəbər verir ki, dünyanın 4 aparıcı dövləti məhkəmə qərarını pisləyərək, Navalnıya azadlıq tələb edib.

Böyük Britaniya Rusiya hökumətini Aleksey Navalnı və aksiyalarda saxlanılanları təcili azad etməyə çağırıb.

Bu barədə Britaniya xarici işlər naziri Dominik Raabın bəyanatında qeyd olunub.

Ağ Ev də bəyanat yayaraq, Navalnının həbsindən narahat olduğunu bildirib və onu azad etməyə çağırıb.

Fransa Prezidenti Emmanuel Makron da Rusiyanı Aleksey Navalnını dərhal həbsdən azad etməyə səsləyib.

“Aleksey Navalnı dərhal azad olunmalıdır” – bunu Almaniya xarici işlər naziri Hayko Maas Tvitter səhifəsində yazıb.

“Aleksey Navalnıya qarşı çıxarılan hökm Rusiyada qanunun aliliyi prinsipinə ağır zərbədir”, – Maas yazıb.

Qeyd edək ki, bu gün Moskvanın Simonovski məhkəməsi Navalnının “Yves Rocher” işi ilə bağlı şərti cəzasını ləğv edərək, onu 3.5 il müddətinə real həbs cəzası ilə əvəz edib.