Dünyanın acı mənzərəsi: 21milyon qaçqın, 41 milyon məcburi köçkün - Müharibələrin çirkli mirası

  • By admin
  • 20 İyun 2016 11:54

Refugee

 

2015-ci ildə dünyada rekord sayda məcburi köçkün qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədəBMT Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında deyilir.

 

Hesablamalara əsasən müharibə və döyüşlərlə əlaqədar ötən il 65,3 milyon insan evini tərk etməyə məcbur olub. Bu isə 2014-cü illə müqayisədə 6 milyon nəfər çoxdur. Onlardan 21,3 milyonu qaçqındır və bu, BMT QAK-ın 1990-cı illərdən bəri qeydə aldığı ən yüksək nəticədir. 40,8 milyon insan isə daxili məcburi köçkünlərdir.

 

Beləliklə, dünyada hər 114 nəfərdən biri hazırda ya sığınacaq üçün müraciət edən, ya daxili mühacir və ya qaçqındır.

 

Ən çox mühacir Suriyadandır. Bu ölkədən olan mühacirlərin sayı 4,9 milyona çatıb. 2,7 milyon insan Əfqanıstan, 1,2 milyon insan isə Somalidən mühacirət edib.

 

Kolumbiyada daxili mühacirlərin sayı 6,9 milyon, Suriyada 6,6 milyon, İraqda 4,4 milyondur.