Dünyanın bütün ölkələrində olan gənc qız - FOTO

  • By admin
  • 05 İyun 2019 22:48
Gununsesi.org Forbes-ə istinadən xəbər verir ki, 31 may 2019-cu ildə 21 yaşlı amerikalı qız Leksi Alford Şimali Koreyada oldu və bununla da bütün dünya ölkələrini gəzmiş ən gənc adam oldu.
2016-cı ildən başlayaraq Alfrod dünyanın bütün 196 ölkəsinə səyahət etmək missiyasını həyata keçirməyə başlayıb və əvvəllər 24 yaşlı Ceyms Askvitə məxsus rekordu təzələyərək dünyanın bütün ölkələrində olmuş ən gənc adam kimi Ginnesin Rekordlar kitabına düşdü.