Bu gün hansısa şəxsin populyar və tanınmış siyasətçi deyəndə ilk andaca onun idarəetmə qabliyyətləri, baş verən proseslərdən çevik və düzgün qəararlar çıxarması beynimizdən keçir. Çünki siyasətçinin ən başlıca xarakterlərindən biri özünəinam, natiqlik qabliyyəti, analitik düşüncəyə və iti ağıla sahib olmasıdır. Hara diqqət etsək görərik ki, siysətçilər arasında əksər çoxluğu kişilər təşkil edir. Buna baxmayaraq son illərdə siyasətçilər arasında qadınların sayı və çəkisi artmaqdadır. Dünyanın elə bir ölkəsi, qitəsi yoxdur ki, orada qadınlar siyasi olimpin zirvəsində olmasın. Bunların uğur qazanıb dünya siyasətində öz möhürünü vuranlar da var. Bir zamanlar dəmi ledi kimi tanınan Böyük Britaniyanın baş naziri Marqarita Tetçer, Hindistanın baş naziri İndira Qandi, Pakistanın baş naziri Bənəzir Bhutto və s. Bu siyahını yetərincə uzatmaq olar. Amma qadın siyasətçilər arasında öz gözəlliyi və fotogenikliyi, cazibədarlığı ilə seçilən qadın siyasətçilər də az deyil.
Gununsesi.info olaraq mövzunun maraqlı olduğunu nəzərə alaraq dünyanın ən cazibədar, gözəl 10 siyasətçi qadını haqqında məlumat vermək istəyirik. Bəlkə də bunlardan gözəl və cazibədar olan qadın siyasətçilər var. Ancaq onlar aparılan sorğularda müəyyən reytinqləri qazana bilməyib. Və burada digər bir amildə var ki, reytinq cədvəlinə düşən siyasi xanımlar “sevgi həyatları” və bununla bağlı qalmaqallı problemləri ilə ictimaiyyətin diqqət mərkəzində olublar. İndi sizə 2016 –cı ildə aparılan sorğunun nəticələrinə görə, dünyanın ən cazibədar TOP 10-ğa düşən qadın siyasətçilər haqqında məlumat veririk.
Gununsesi.info