Dünyanın gözü Antalyada…

  • By admin
  • 18 İyun 2021 11:35

Bu gün Türkiyənin Antalya şəhərində Diplomatiya Forumu öz işinə başlayacaq.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici işlər Mövlud Çavuşoğlu rəhbərlik edəcəyi Foruma dünyanın hər yerindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, regional və beynəlxalq təşkilatların təmsilçiləri, iş adamları, alimlər qatılacaqlar.

Prezident Ərdoğanın himayəsi altında keçiriləcək forumda dünya gündəmindəki mövzular müzakirə ediləcək.

Forumdan öncə həmkarları ilə görüşən Çavuşoğlu bölgənin inteqrasiyası üçün əhəmiyyətli addımlar atıldığını, Avropa Birliyi xaricindəki 6 regional iqtisadiyyat arasında malların, xidmətlərin, şəxslərin və kapitalın sərbəst hərəkətinə imkan verən Ortaq Regional Bazar qurulduğunu bildirib.