İsrail Parlamentinin televiziya kanalı olan “Knesset Channel” Yair Lapidin parlament iclası zamanı baş nazir Netanyahu ilə bağlı çıxışını yayımlayıb.
Gununsesi.info xəbər verir ki, Lapid, “Dünyanın güvənini itirmiş bir baş nazirimiz var” deyərək, İsrailin baş naziri Netanyahunun xalqın əksəriyyətinin, təhlükəsizlik və iqtisadi sistemin etibarını itirdiyini vurğulayıb.
İsrailin müxalifət lideri Yair Lapid keçən ayın ortalarında Netanyahunun baş nazir postundan uzaqlaşdırılmasını və yerinə onun Likud partiyasından başqasının gətirilməsini istəyib.
Ölkədə keçirilən son ictimai rəy sorğularına görə, insanların yalnız 27 faizi Netanyahunun baş nazir postuna uyğun olduğunu düşünür.
Gununsesi.info