Dünyanın koronavirusdan təhlükəsiz ölkələri – REYTİNQ

  • By admin
  • 27 Aprel 2021 10:42

Bəzi ölkələr hazırda bəşəriyyətin 1 nömrəli probleminə çevrilən COVID-19 pandemiyası ilə mübarizədə böyük uğurlar əldə ediblər. Məhdud sayda yoluxma və sürətli vaksinasiya prosesi məhz bu ölkələri koronavirusdan ən təhlükəsiz ərazilərə çevirir.

Gununsesi.info ABŞ-ın Bloomberg agentliyinə istinadən xəbər verir ki, COVID-19-a qarşı ən təhlükəsiz ölkələrin siyahısı hazırlanıb.

Əhalisinin 20% vaksinasiya olunmuş, son 1 ayda koronavirusdan ölüm hallarınıln qeydə alınmadığı Sinqapur pandemiyadan ən təhlükəsiz ölkə sayılır. Sinqapur 79,7 bal qazanıb.

Son 1 ayda ölüm hallarının qeydə alınmadığı Yeni Zelandiyada isə vaksinasiya cəmi 2% əhalini əhatə edib. Buna görə də ada dövləti siyahıda 2-ci pillədə qərarlaşıb.

İlk “beşik”də Avstraliya (3), İsrail (4) və Tayvan (5) da yer alıb.

Gununsesi.info