Dünyanın məşhur adamlarının adı qalmaqallı cinayət işində: Bir neçə günə AÇIQLANACAQ

  • By admin
  • 01 Yanvar 2024 11:22

Bill Klintonun adı Epstein işində də keçir

Cinsi zorakılıq, insan alveri və zorlama ittihamları ilə ABŞ-ı lərzəyə gətirən və saxlandığı həbsxanada intihar edən iş adamı Ceffri Epşteyn məsələsində yeni bir proses yaşanıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın məşhur iş adamlarından biri olarkən gənc qadınları fahişəliyə, təcavüzə, zorlamaya və insan alverinə məcbur etmək iddiası ilə Nyu-Yorkda saxlanılan, daha sonra isə həbsxanada intihar edən Cefri Epşteynin işində yeni irəliləyişlər var.

Bu ilin ilk günlərində ictimaiyyətə açıqlanması gözlənilən məhkəmə sənədlərinə görə, Epşteynlə əlaqəsi olduğu bildirilən şəxslərdən biri də ABŞ-ın keçmiş prezidenti Bill Klinton olacaq. Bu işdə bir çox yüksək rütbəli şəxslərin ifadə verməsi gözlənilsə də, 77 yaşlı keçmiş prezidentin də məhkəmə protokollarına “John Doe 36” kodu ilə daxil ediləcəyi bildirilir.

Azyaşlı gənc qızlarla cinsi əlaqədə olan Epsteyn çox nüfuzlu yüksək vəzifəli şəxslərlə yaxın dost olub. Epsteynin yaxın olduğu şəxslər arasında Donald Tramp, Bill Qeyts və Britaniya kral ailəsindən Şahzadə Endryu da var idi.

Sənədlərdə Klintonun adının 50 dəfədən çox hallandığı bildirilsə də, Klintonun sənədlərdə qeyri-qanuni hərəkət edib-etmədiyi barədə hələlik məlumat yoxdur. Epsteyni ittiham edən və zorlandığını deyən Virciniya Giuffre adlı qadın Klintona qarşı heç bir ittiham irəli sürməyib.

“Klintonla Karib dənizindəki Epşteynin adasında görüşdüm”, – deyə qadın bildirib. Ancaq Epsteynin ən etibarlı adlarından biri olan və bir müddətdir həbsdə olan Ghislaine Maksvel iddiaları təkzib edib.

Klinton və Epsteyn 2000-ci illərin əvvəllərində görüşüblər və 2022-ci ildə Klinton bəzi Afrika ölkələrinə humanitar yardım göstərmək üçün Epsteynin şəxsi təyyarəsindən istifadə edib. Lakin istintaq başlamazdan əvvəl Klinton Epsteyn ilə əlaqələrini kəsib.

2019-cu ildə Epstein cinsi alver və uşaqlardan istifadə edərək insan alveri ittihamı ilə saxlanılıb. Məhkəmə sənədlərində Epşteynlə əlaqəli 177 nəfərin də adının olduğu və bu adların bir neçə gün ərzində açıqlanacağı qeyd edilib.

Gununsesi.info